Avropa Altetika Federasiyasının prezidenti Bakıda

Avropa Altetika Federasiyasının (AAF) pezidenti Svayn Arne Hansen və baş icraçı direktoru Kristian Milts Bakıda işgüzar səfərdədi. SportLine.az xəbər verir ki, Azərbaycanda atletika idman növündə fəallığı və təbliği ilə yaxından tanış olmaq üçün qonaqlar müxtəlif idman obyektlərini və qurumlarını ziyarət ediblər.

28 maydan ölkəmizdə səfərdə olan AAF-ın prezidenti Svayn Arne Hansen və baş icraçı direktoru Kristian Milts ilk görüşü Bakı Olimpiya Stadionuna olub. Azərbaycandakı idman qurğuları ilə yaxından tanış olan qonaqlara Bakı-2015 Avropa Oyunları, Bakı-2017 İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərin atletika yarışları bu stadionda keçirildiyi deyilib.

Daha sonra rəsmilər Azərbaycan Atletika Federasiyasının rəsmiləri ilə görüşüblər. Onlar federasiyanın fəaliyyəti və strukturu ilə yaxından tanış olub, atletika idman növünün gəclər arasında inkişaf yollarını müzakirə ediblər. Həmçinin, görüş çərçivəsində Avropa rekordçusu, üç təkanla tullanma idman növündə mübarizə aparan Nazim Babayevlə tanış olublar.

Gənclər və İdman naziri Azad Rəhimov qonaqları qəbul edib. Görüşdə mühüm məsələlər müzakirə olunub.

Növbəti görüş Milli Olimpiya Komitəsində keçirilib. İclasda Azərbaycanda Atletika idman növünə maraq və təbliği, xüsusilə MOK-un bu sahədə gördüyü işlər barədə məlumat verilib. “KIDs Athletics”, “Olimpiya Hərəkatı”, “LEAP 2017”, “Michel Johnson Performance”  və digər təbliğ edici layihələrin əhəmiyyəti, son illərdə idmana olan marağın artmasından danışılıb. Bu layihələrin gənclərin idmana marağının genişləndirilməsi ilə yanaşı, məşqçi, hakim və digər texniki heyətin bilik və bacarıqlarının artırılmasında rolu vurğulanıb.

Sonda AAF-ın prezidenti Svayn Arne Hansen və baş icraçı direktoru Kristian Milts Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.

Milli Olimpiya Komitəsinin məlumatı