Avropa çempionumuz növbəti sınaq qarşısında

Sentyabrın 7-də Qətərin paytaxtı Doha şəhərində atletika üzrə dünya çempionatı start götürəcək.

Sportline.az xəbər verir ki, ölkəmizi mötəbər yarışda 4 idmançı təmsil edəcək.

Seçmə komandanın baş məşqçisi Bəhruz Salehlinin rəhbərliyi altında atletlər - Nazim Babayev, Aleksis Kopello (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidan (çəkic atma) bacarığını göstərəcək.

11 gün davam edəcək dünya çempionatında 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir.

 

Banner