"Ayaks"dan 20 milyon avroluq transfer

“Ayaks” yayda “Çelsi”yə keçəcək yarımmüdafiəçisi Hakim Zieşə əvəzləyici tapıb.

Sportline.az Niderland mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi Braziliyanın “San-Paulu” klubundan 19 yaşlı Antoni Mateus de Santosun transferini razılaşdırıb. Antoni kimi tanınan futbolçuya görə 20 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, “San-Paulu”nun yetirməsi olan Antoni Braziliyanın U-22 millisinin də üzvüdür.