Ayın ən yaxşısı - Stiven Cerrard

Şotlandiya Premyer Liqasında 2019-cu ilin dekabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, bu, “Reyncers"in çalışdıran Stiven Cerrarddır. Bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Reyncers” Cerrardın rəhbərliyi ilə dekabrda 8 oyunda 5 qələbə qazanıb, 1 dəfə də məğlub olub, 2 heç-heçə edib. Qlazqo təmsilçisi Şotlandiya Premyer Liqasında 19 oyuna 50 xal toplayaraq 2-ci sıradadır. Bir oyun az keçirən “Reyncers” lider “Seltik”dən 2 xal geridədir.