Azərbaycan atleti beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan atleti Anna Skidan Estoniyanın Yıhvi şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında ikinci yeri tutub.

Azərbaycan Atletika Federasiyasından Sportline.az-a verilən məlumata görə, 31 yaşlı idmançı beynəlxalq yarışda çəkic atma növündə gümüş medal qazanıb.

O, 68.67 metr göstərici ilə buna nail olub. Skidan yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalıb.