Azərbaycan atleti Qazaxıstanda bürünc medal qazanıb

Azərbaycan atleti Rüstəm Məmmədov Qazaxıstanın Almatı şəhərində Dünya Atletikasının bürünc səviyyəli yarışı olan XXXIII Qusman Kosanov Memorialında uğurlu çıxış edib.

Sportline.az Atletika Federasiyasına istinadla xəbər verir ,millinin üzvü üçtəkanla tullanmada 16.12 metr nəticə göstərib.

Bu nəticə ilə R.Məmmədov bürünc medal qazanıb.