Azərbaycan atleti Türkiyədə qalib oldu
İstanbul Marafonunda Azərbaycan da təmsil olunub. SportLine.az xəbər verir ki, 38-ci dəfə təşkil olunan turnirdə milliləşdirilmiş keniyalı Evans Kiplaqat ölkəmizin şərəfini qoruyub.
Atletimizin çıxışı uğurlu alınıb. Təmsilçimiz 2:13:28 saatlıq nəticə ilə hər kəsi qabaqlayıb. Şura Kitata Tola ikinci, keniyalı Peter Kiptoo Kiplaqat ise üçüncü olub.