Azərbaycan çempionatının reytinqi açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu il üçün dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıda, Azərbaycan Premyer Liqası 349 xalla 56-cı yerdədir.

APL, son reytinqlə müqayisədə 14 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 1287 xalla İngiltərə Premyer Liqası  başçılıq edir. Braziliya A Seriyası 2-ci, İspaniya La Liqası 3-cü yerdədir.