Azərbaycan Polşanı da qabaqladı
Azərbaycan güləşçiləri Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatını 6 medalla başa vurub.
Sportline.az xəbər verir ki, ölkəmiz 1 qızıl, 1 gümüş və 4 bürünc mükafatla ümumkomanda hesabında 7-ci yeri tutub.
Beləliklə, müstəqillik bərpa olunandan sonra dünya çempionatlarında qazanılmış medalların sayı 78-ə çatıb. Azərbaycan 16 qızıl, 28 gümüş və 34 bürünc medalla Polşanı geridə qoyaraq 16-cı pilləyə yüksəlib.
Qeyd edək ki, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən ikisi fəxri kürsüyə yüksəlib. Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medalla kifayətlənib. Qadın güləşçilər isə mundialı əliboş tamamlayıb.