Azərbaycan Qran-prisinin saatı dəyişdi

2018-ci ildə keçiriləcək "Formula-1" üzrə bütün Qran-prilərin başlama saatı dəyişdirilib. SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.

Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 15:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-pridən əvvəl daha çox reklam verə biləcəklər.

27 - 29 apreldə keçiriləcək Azərbaycan Qran-prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.