Bu ölkə Formula-1 keçirməyə etiraz etdi

Konqo Demokratik Respublikası (KDR) Formula-1 yarışlarının Ruandada təşkilinə etirazını bildirib.  

Sportline.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Tereza Kayikvamba Vaqner Formula-1 rəhbəri Stefano Domenikaliyə rəsmi məktub göndərib.  

Sənəddə qeyd olunub ki, Ruanda KDR-in bəzi ərazilərini işğal altında saxlayır və həmin bölgələrdən 700 min konqolu məcburi köçkünə çevrilib. Baş nazir Ruanda hökuməti ilə bu yarışların təşkili üçün aparılan danışıqların dərhal dayandırılmasını tələb edib.