Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Sportline.az xəbər verir ki, bu uğura boksçu Tayfur Əliyev imza atıb.

Bakı-2015 I Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 57 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən, döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.

Yarış gecə seansından sonra dayandırıldığından1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra keçiriləcək.

Qeyd edək ki, Tayfur Əliyev Tokio olimpiadasına lisenziya qazanan 15-ci Azərbaycan idmançısıdır.