Azərbaycandan Super Liqaya

"Qəbələ"dən ayrılan İbrahima Niassenin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi Yunanıstanın "Lamiya" klubuna keçib. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. "Everton"da oynayan məşhur futbolçu Omar Niassenin böyük qardaşı olan İbrahima 2012-2013 mövsümündə "İnter" (indiki "Keşlə"), 2013/14 mövsümündə isə "Qəbələ"də oynayıb.