Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycanın daha iki güləşçisi medal qazanıb.
Sportline.az xəbər verir ki, sərbəst güləşçilərimizdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) yarışı bürünc medalla başa vurublar.
Anar Cəfərli üçüncü yer uğrunda görüşdə italiyalı Qabriele Nikkolinini tam üstünlüklə (10:0), Xetaq Karsanov isə rusiyalı Andrey Bestayevi 8:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) bürünc, qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) gümüş medal qazanıb.