Azərbaycanın əməkdar məşqçisi koronavirusdan dünyasını dəyişib

Azərbaycanın atletika üzrə əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Bəxtiyar Əsədov dünyasını dəyişib.

Sportline.az xəbər veir ki, bu barədə "Report"a Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov məlumat verib.

Onun sözlərinə görə, 53 yaşlı mütəxəssis koronavirusun qurbanı olub.

Qeyd edək ki, Gəncə şəhərində atletikanın inkişafında çox böyük əməyi olmuş Əsədov 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin müəllimi idi.