Azərbaycanlı atlet ən yaxşı seçildi
Azərbaycanlı atlet Ramil Quliyev Avropada avqust ayının ən yaxşısı idmançısı seçilib. Sportline.az xəbər verir ki, Avropa Atletika Birliyinin (EAA) rəsmi saytınada keçirilən sorğuda azarkeşlər Ramili bu ada layiq görüblər. Xatırladaq ki, o, ötən ay Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə yarışda 1-ci yeri tutmuşdu. Bununla yanaşı Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.