Bakı Avropa Liqasına ev sahibliyi edəcək

Bakıda Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turniri keçiriləcək.

SportLine.az AFFA-ya istinadən xəbər verir ki, yarış iyunun 22-dən 24-dək davam edəcək.

Avropa Liqasında 8 komanda 2 qrupda mübarizə aparacaq. Millimiz Portuqaliya, Belarus və Fransa yığmaları ilə birgə I, İsveçrə, İtaliya, Ukrayna və Almaniya milliləri isə II qrupda yer alıb.