Azərbaycan millisi Qazaxıstana qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.

Sportline.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.

Oyun Azərbaycan millisinin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sahib Məmmədov 5 qol vurub, Orxan Məmmədov və Mirmövsüm Caniyev hərəyə bir dəfə fərqlənib.

Banner