Bakı "ilk beşlik"də
Dünyanın ən böyük otel rezervasiya sistemlərindən olan "Booking.com" istifadəçilərin axtarış sorğularına əsasən, "Avro-2020"-nin ən populyar şəhərlərinin sıralamasını tədim edib.
Sportline.az xəbər verir ki, ilk 5-likdə paytaxt Bakı da yer alıb. Paytaxtımız siyahının 4-cü pilləsində qərarlaşıb.
Bakı bu nəticə ilə Sankt-Peterburq, Roma və Kopenhagendən geri qalsa da, final mərhələsinin görüşlərini qəbul edəcək London Amsterdam, Berlin və Bilbao kimi şəhərləri qabaqlayıb. "TOP-5"liyi Dublin qapayıb.
Bundan əlavə "Avro-2020"nin qrup mərhələsinin ən çox maraq dairəsində olan oyunlarının siyahısı da açıqlanıb. Bakıda keçiriləcək Uels - İsveçrə qarşılaşması 2-ci olub. Sözügedən görüş 13 iyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu sıralamada isə birinci Kopenhagendə oynanılacaq Danimarka - Finlandiya görüşü olub.
Qeyd edək ki, paytaxtımızda qrup mərhələsi çərçivəsində iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matlçarı keçiriləcək. Eləcə də 1/4 finalın 1 oyunu da Bakıda olacaq (Report).