Bakı olimpiya lisenziyalı yarış

Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışı keçiriləcək.

Azərbaycan Atletika Federasiyasından Sportline.az-a verilən məlumata görə, turnir fevralın 2-3-də Respublika Olimpiya Mərkəzində təşkil olunacaq.

Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (Rusiya Federasiyası) atletlər güclərini sınayacaqlar.

Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.