Baqali Dabo 20-ə çatdı

Baqali Dabo “Neftçi”nin heyətində 20-ci qolunu vurub. Bu, Azərbaycan Premyer Liqasının XV turunun “Sumqayıt”la ev oyununa (1:1) təsadüf edib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisində ikinci mövsümünü keçirən Baqali 20-ci qola 44-cü matçında çatıb. Onun orta məhsuldarlığı 0,45-ə bərabərdir.

Dabo ötən mövsüm 30 oyunda 16, cari mövsümdə 14 matçda 4 dəfə rəqib qapısına yol tapıb. Premyer Liqada 36 qarşılaşmada 18 dəfə fərqlənən forvard 4 avrokubok matçında 2 dəfə qol sevinci yaşayıbsa, 4 kubok oyununda hesabını aça bilməyib.