"Barselona" 1-ci oldu

Ötən mövsüm ən çox gəlir əldə edən futbol klublarının siyahısı açıqlanıb.

Sportline.az xəbər verir ki, “Deloitte” konsaltinq şirkətinin hesabatına əsasən, 2018-2019-cu il mövsümündə ən çox qazanan “Barselona” olub.

İspaniya klubu mövsümdə 840,8 milyon avro gəlir qazanıb. “Real Madrid” komandası 757,3 milyon avro ilə ikinci, “Mançester Yunayted” isə 711,5 milyon avro qazancla üçüncü olublar. Almaniyanın “Bavariya” komandası dördüncü, Fransanın “Paris Sen-Jermen” klubu isə beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk “20-lik”də yalnız “TOP-5” liqa təmsilçiləri yer alıblar.