“Barselona” “Ayaks”ın futbolçusu ilə maraqlanır
“Ayaks”ın niderlandlı futbolçusu Devin Rens karyerasını “Barselona” klubunda davam etdirə bilər.
Sportline.az “Diario As” qəzetinə istinadən xəbər verir ki, “Barselona” klubunun rəhbərliyi yanvar ayında Devin Rens üçün “Ayaks”a 20 milyon avro ödəməyə hazırdır.
“Barselona” klubunun rəhbərliyi 21 yaşlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Devin Rensinin “Ayaks”la müqaviləsi mövsümün sonunda başa çatacaq.