“Barselona” gənc futbolçusu ilə yeni müqavilə imzaladı
İspaniya nəhəngi “Barselona”nın 21 yaşlı futbolçusu Fermin Lopez klubla yeni müqavilə imzalayıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu 2029-cu ilə qədər klubda qalacağı bildirilir.
Futbolçunun sərbəst qalma məbləği 500 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, Fermin Lopez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 6 matçda 2 asistlə yadda qalıb.