“Barselona” klubu Levandovski ilə yola davam edəcək
“Barselona”nın polşalı futbolçusu Robert Levandovski klubdan ayrılmayacaq.
Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, “Barselona” klubunun rəhbərliyi 36 yaşlı hücumçuya güvənir. Bu səbəbdən Levadovski mövsümün sonunda klubu tərk etməyəcək.
Levandovskinin “Barselona” klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 20 qol və 2 asistlə yadda qalıb.