“Barselona” portuqaliyalı ulduz futbolçunu transfer etmək istəyir

“Milan”ın portuqaliyalı futbolçusu Rafael Leao mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, “Barselona” gələn yay Rafael Leao üçün “Milan”a 90 milyon avro təklif edəcəyi gözlənilir.

“Milan” rəhbərliyi isə Leaonu 150 milyondan aşağı satmayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, R.Leaonun "Milan"la  2028-ci ilin yayında başa çatır.