“Barselona”dan anti-rekord

İspaniya nəhəngi “Barselona” öz anti-rekordunu təkrarlayıb.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Barselona” 10 ildən sonra La Liqada bir matçda qapı çərçivəsinə zərbə endirə bilməyib. Bu, komandanın "Real Sosyedad"a səfərdə uduzduğu qarşılaşmada baş verib.

Bu klubun son 10 ildə ən pis göstəricisidir.  

Sonuncu belə hadisə 2014-cü ildə “Malaqa” ilə matçda (0:0) qeydə alınmışdı.

Qeyd edək ki, “Barselona” son turda səfərdə “Real Sosyedad”a 0:1 hesabı ilə məğlub olub.