"Barselona"dan çətin qələbə

İspaniya La Liqasında 23-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, "Barselona" Sevilyada "Real Betis"ə 3:2 hesabı ilə qalib gəlib.

La Liqada turnir cədvəlinə 52 xalla "Real" başçılıq edir. "Barselona" 49 xalla 2-cidir. 28 xalı olan "Real Betis" 13-cü yerdə qərarlaşıb.

"Real Betis" - "Barselona" - 2:3

Qollar: Serxio Kanales, 6 (pen.), Nabil Fekir, 26 - Frenki de Yonq, 9, Serxio Buskets, 45+3, Kleman Lanqle, 75

Qırmızı vərəqələr: Nabil Fekir, 76 - Kleman Lanqle, 79