“Barselona”dan transfer bombası

İspaniya nəhəngi “Barselona” gələn ilin yayında “Liverpul”un ulduz futbolçusu Mohamed Salahı azad agent kimi heyətinə qatmağı düşünür.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, misirli futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.

“Barselona” 32 yaşlı futbolçu ilə ilkin razılıq əldə edib.

“Liverpul” rəhbərliyi isə Salahın müqaviləsinin uzadılması ilə bağlı oyunçunun meneceri ilə görüşüb.

Qeyd edək ki, Mohammed Salah bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 9 qol və 9 asistlə yadda qalıb.