“Barselona”nın gənc futbolçusu zədələnib

“Barselona”nın 17 yaşlı futbolçusu Pau Kubarsı “Srvena Zvezda” ilə matçda ağır zədə aldığı bildirilir.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçunun üzünə 10 dikiş atıldığı qeyd olunur.

Futbolçunun müalicəsi davam etdirilir. Lakin nə zaman yaşıl meydanlara qayıdacağı bilinmir.

Qeyd edək ki, Pau Kubarsi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 1 asistlə yadda qalıb.