"Barselona"nın yeni baş məşqçisi müəyyənləşdi

“Barselona” baş məşqçisi Ernesto Valverde ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, artıq komandanı Kike Setyen çalışdıracaq.

Tərəflər arasında müqavilə imzalanıb. 62 yaşlı ispaniyalı mütəxəssis 2022-ci ilədək “Barselona”ya rəhbərlik edəcək. Onun sonuncu iş yeri “Betis” klubu olub.

Setyen bunadək “Rasinq”, “Polideportivo”, “Loqronyes”, “Luqo” və “Las Palmas” komandalarında da çalışıb. O, həmçinin Ekvatorial Qvineya millisinin də baş məşqçisi olub.