"Bavariya" "Mançester Yunayted"ə elçi düşüb

Ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirən ingiltərəli futbolçu Markus Reşford karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə "Bavariya" klubu yaxından maraqlanır.

Reşfordun transfer qiyməti 50 milyon avrodur. O, bu mövsüm meydana çıxdığı 41 matçda 11 qol 8 asistlə yadda qalıb.