"Bavariya"da Ançelottinin xələfi məlumdur
"Bavariya" rəhbərliyi Karlo Ançelottinin yerinə namizəd tapıb. Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, münhenlilər Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Tomas Tuxel ilə razılığa gəlib. Mayda dortmundlularla yolları ayrılan Tuxellə yaxın günlərdə müqavilə bağlanacağı bildirilir. Xatırladaq ki, "Bavariya" Çempionlar Liqasının 2-ci turunda Parisdəki 0-3 hesablı məğlubiyyətdən sonra Karlo Ançelottini istefaya göndərmişdi.