Bəhruz Salehli: "Uğurlu nəticəyə ümid bəsləyirik"

"Komandamız böyük həvəslə Avropa oyunlarına hazırlaşır".

Bunu Sportline.az saytına açıqlamasında atletika üzrə seçmə komandanın baş məşqçisi Bəhrus Salehli deyib.

Təcrübəli mütəxəssis Polşanın Krakov şəhərində keçiriləcək yarışlarda uğurlu nəticəyə ümid bəsləyir: "Atletika ilk dəfə olaraq Avropa oyunlarının proqramına daxil edilib. Bu, bizi sevindirməyə bilməz. Böyük maraq və həvəslə Polşa sınaqlarına hazırlaşırıq. Qış çempionatından sonra komandanın heyəti demək olar ki, müəyyənləşib. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışlarında olmuşuq. Hazırda məşqləri Bakıda davam etdiriririk. Əhval-ruhiyyə yüksəkdir. İnanıram ki, Avropa oyunlarından əliboş dönməyəcəyik".

Qeyd edək ki, 21 iyun-2 iyul tarixlərində Polşada keçiriləcək Avropa oyunlarında Azərbaycan 16 idman növündə təmsil olunacaq.  

 "