Bellingemin “Real Madrid”dəki mövqeyi
“Real”ın ulduz futbolçusu Cud Bellingem bu mövsüm fərqli mövqeydə çıxış etməsi hər kəs tərəfindən təəcüblə qarşılanıb.
Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, ötən mövsüm hücumameyilli yarımmüdafiəçi bəzəndə hüçumçu kimi çıxış edən Cud bu mövsüm arxa xəttə gözə çarpır. Bu barədə baş məşqçi Ançelotti öz fikirlərini söyləyib;
“Cud Bellingem mükəmməl futbolçudur. Öz mövqeyində yaşına görə ən ən yaxşısıdır. Bu mövsüm biraz fərqli mövqeydə görünür. Bunu başa düşrəm hər kəs ondan sadəcə qol atmağını gözləyir. Bellingem qollar vuracaq siz bundan narahat olmayın. Məhsuldarlığı yenidən yüksələcək. Hələ mövsümün demək olar əvvəlidir. Bellingem digər yandan meydanın ən yaxşıdır. Siz onu meydanın hər yerində görə bilərsiz. O əsil peşəkardır”, - deyə K.Ançelotti bildirib.
Qeyd edək ki, Cud Bellingem bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 matçda 3 asistlə yadda qalıb.