Beqoviç Azərbaycanda qala bilər

"Bornmut"un qapıçısı Asmir Beqoviç icarə müqaviləsinin başa çatdığı "Qarabağ"da qala bilər.

Sportline.az xəbər verir ki, İngiltərə təmsilçisi bosniyalı qolkiper üçün ingilis klublarının göndərdikləri təklifləri rədd edib.

Beqoviçlə Premyer Liqa təmsilçisi "Vest Hem" yaxından maraqlanırdı. Lakin ölkə çempionatında düşmə zonasında olan "Bornmut" klubu bu mübarizədə əsas rəqiblərindən olan "Vest Hem"i gücləndirməmək üçün təklifi müsbət cavablandırmayıb.

Beqoviçin yenidən icarə əsasında "Qarabağ"da oynayacayağı bildirilib.