Beqoviç bu gün "Milan"da debüt edə bilər

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç bu gün "Milan"da debüt edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

20 yaşlı qapıçı zədə səbəbindən komandanın son məşqində iştirak etməyib. İtaliyalı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Donnarumma "Milan”ın İtaliya kubokunun 1/8 finalında SPAL-la qarşılaşacağı oyunda iştirak etməyəcəyindən, Asmir Beqoviçin bu oyunda meydana çıxacağı gözlənilir. 
 
Qeyd edək ki, "Milan” – SPAL matçı bu gün saat 21:00-da başlanacaq.