"Beşiktaş" liderliyini itirdi

Türkiyə Superliqasında 22-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, bu gün çempionluğa iddialılardan olan "Beşiktaş" öz myedanında "Trabzonspor"la qarşılaşıb. Görüş qonaqların əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

"Beşiktaş" - "Trabzonspor" - 1:2
Qollar
: Abubakar, 30 (1:0), Montero, 44-avtoqol (1:1), Hüqo, 63 (1:2)

Bununla da "Beşiktaş" liderliyə yüksəlmək şansını itirib. "Qara qartallar" 44 xalla 2-ci, "Fənərbaxça" 45 xalla ilk pillədə qərarlaşıb. "Trabzonspor" isə 36 xalla 5-cidir.