“Beşiktaş” Okaforu rənglərinə bağlamaq istəyir
"Beşiktaş" "Milan"ın isveçrəli futbolçusu Noah Okaforu transfer etməyi planlaşdırır.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İstanbul klubu Okaforun meneceri ilə görüşmələrə başlayıb.
25 yaşlı sol cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 13 milyon avrodur.
Qeyd edək ki, Okaforun "Milan"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.