"Beşiktaş" qalib gəldi

Türkiyə Superliqasında 30-cu tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. "Beşiktaş" səfərdə "Başakşəhər"lə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

"Başakşəhər" - "Beşiktaş" - 2:3
Qollar:
 Larin, 42 (0:1), Turuc, 52 (1:1), Velinton, 68 (1:2), Demba Ba, 76 (2:2), Souza, 85 (2:3)

Bu qələbə ilə xalını 63-ə yüksəldən "Beşiktaş" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb, "Başakşəhər" 29 xalla 16-cıdır. "Qalatasaray" 58 xalla 2-ci, "Fənərbaxça" eyni xalla 3-cüdür.