"Beşiktaş" şok məğlubiyyətlə kubokdan uzaqlaşdı

Türkiyə kubokunda 1/8 finalın cavab oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Beşiktaş" ilk oyunda uduzduğu (2:3) "Ərzurumspor"u qəbul edib. İstanbul klubu I Liqa təmsilçisinə cavab görüşündə də eyni hesabla uduzub və mübarizəni dayandırıb.

"Beşiktaş" - "Ərzurumspor" - 2:3

Qollar: Abdulay Diabi, 33, Burak Yılmaz, 64 - Oltan Qaraqulluqçu, 1, 72, İbrahim Sissoko, 67