"Beşiktaş"da ayrılıq gözlənilir

Aleks Oksleyd-Çemberlen “Beşiktaş”dan ayrılacaq.

Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə müqavilənin vaxtından əvvəl ləğvi barədə razılıq əldə olunub.

Çemberlenə qarşılıqlı anlaşma əsasında 1,5 milyon avro təzminat ödəniləcək.

Banner