Beynəlxalq İdman Jurnalistləri Günüdür

İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günüdür. 

Sportline.az xəbər verir ki, bu gün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il qeyd edilir.

Məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 96 yaşı tamam olur.

Hazırda dünyanın 130 ölkəsi AIPS-də təmsil olunur. Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası təmsil edir. AIPS-in fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə həsr olunan 77-ci konqresinə ev sahibliyi edib.