Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıda
Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç Bakıya gəlib.
Azərbaycan Şahmat Federasiyasından Sportline.az-a verilən məlumata görə, ali şahmat qurumunun rəhbəri bu gün "Baku Open 2024" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcək.
12 ölkədən 328 şahmatçının iştirak edəcəyi yarışın açılış mərasimi bu gün, saat 14:30-da başlanacaq.
Qeyd edək ki, turnir Bakı İdman Sarayında keçirilir.