"Borussiya"da şok itki

Almaniya kubokunun 1/8 finalında "Verder"ə 2:3 hesabı ilə uduzan "Borussiya" ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, komandanın kapitanı Marko Roys 4 həftəlik sıradan çıxıb. 30 yaşlı hücumçu Çempionlar Liqasının 1/8 finalında PSJ ilə keçiriləcək hər iki oyunu buraxacaq.

"Borussiya"nın PSJ ilə ilk matçın fevralın 18-i, cavab görüşü isə martın 11-də baş tutacaq.