"Boston Seltiks"i çempionluqdan 1 qələbə ayırır

NBA-da 2023/2024 mövsümünün final məhələsinin 3-cü oyununda "Boston Seltiks" səfərdə "Dallas Mevriks"lə üz üzə gəlib.

Sportline.az xəbər verir ki, görüş qonaqların 106-99 hesablı qələbəsi ilə nəticələnib və seriyada ümumi hesab 3-0 olub.

Matçın ən məhsuldar basketbolçusu 35 xal, 3 ribaund, 2 asistlə Kayri İrvinq seçilib.

Qeyd edək ki, 4 qələbəyə çatan komandanın çempion olacağı seriyanın 4-cü oyunu mayın 15-də Dallasda keçiriləcək.