Braziliyalı oyunçu "Qəbələ"də baxışdadır
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ baxışa yeni futbolçu dəvət edib.
Sportline.az xəbər verir ki, braziliyalı hücumçu Caio Manoel “qırmızı-qaralar”ın Bolqarıstanın "Etar" klubu ilə yoxlama matçında start heyətdə meydana çıxıb.
23 yaşlı futbolçu son dəfə Portuqaliyanın aşağı liqa təmsilçisi "Makao"da çıxış edib.