"Breşiya"nın yeni baş məşqçisi məlumdur

Baş məşqçi Eugenio Korini ilə yollarını ayıran İtaliyanın “Breşiya” klubu, bu postu Dieqo Lopesə tapşırıb.
 
Sportline.az xəbər verir ki, uruqvaylı məşqçi ilə müqavilənin müddəti və digər detalları hələ ki, açıqlanmayıb.
 
Son olaraq Uruqvayın “Penyarol” klubunu çalışdırmış Dieqo Lopes əvvəllər İtaliyada “Kalyari”, “Bolonya” və “Palermo”ya da baş məşqçilik edib.
 
Hazırda “Breşiya” A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu sıradadır.