Brilyant Liqa ləğv olundu

4-5 iyulda Böyük Britaniyanın paytaxtı Londonda keçirilməsi planlaşdırılan atletika üzrə Brilyant Liqa yarışı ləğv olunub. 

Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Böyük Britaniyanın Atletika Federasiyası koronavirus pandemiyası səbəbindən bu qərarı çıxarıb. 

Brilyant Liqa yarışların yeni təqvimini də açıqlayıb. 

Monako, Geytshed (Böyük Britaniya) və Stoklolmda (İsveç) yarışların avqustda, Lozanna (İsveçrə), Brüssel (Belçika), Paris (Fransa), Roma / Neapol (İtaliya) və Şanxaydakı (Çin) turnirlər sentyabrda, Oreqon (ABŞ), Doha (Qətər) və Çində ikinci yarışın oktyabrda keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, daha öncə Mərakeşin paytaxtı Rabat və İsveçrənin Sürix şəhərindəki mərhələlər ləğv olunub.