Bu futbolçular "Çelsi"dən gedəcək

"Çelsi"nin yayda yollarını ayıracağı 4 futbolçu müəyyənləşib.

Sportline.az xəbər verir ki, London təmsilçisi Mişi Batşuayi, Villian, Olivye Jiru və Pedro Rodrqieslə yolları ayıracaq.

Pedro, Villian və Jirunun başa çatacaq müqaviləsi uzadılmayacaq. Batşuayi isə yeni mövsüm üçün komandanın planlarına daxil deyil.